Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 18:15
Bakı. Samir Əli - Trend:
Ölkədə qrup halında tədrisə icazə verilmir.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda yalnız fərdi tədrisə icazə verilir:
"Qrup halında tədrisdə sosial məsafə saxlamaq mümkün deyil. Ona görə də 1 müəllim yalnız 1 şagirdlə məşğul ola bilər. Qrup halında tədris qadağandır".