Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 15:12
Bakı. Trend:
Nardaran sakinindən narkotik vasitələr, ov tüfəngi və 5 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin