Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mənimlə belə davranacaqlarını gözləməzdim”

“Mənimlə belə davranacaqlarını gözləməzdim”

Tarix: 2 May 2020 09:18

“Real”ın hücumçusu Qaret Beyl komandasının azakeşlərinin onu tənqid etməsinə münasibət bildirib.

Qol.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o deyib:

“Real”a keçəndə bunu təsəvvür etməzdim. Öz azarkeşlərimizin mənimlə belə davranacağını gözləməzdim. Əgər bu, yaxşı oynamayan, iki top fərqi ilə uduzan bütün komandaya qarşı olsaydı, bunu başa düşərdim. Amma öz futbolçunu fitə basmağı doğru saymıram. Belə olanda futbolçunun özünəinamı azalır, hər şey pisləşir. Daha da pis oynayırsan ki, bu da azarkeşləri özündən çıxarır. Hardasa onlar özlərinə də ziyan vururlar. Məncə, bu, mənasızdır”.

Qeyd edək ki, ötən ilin noyabrında “Real”ın oyununda Beyl topa hər toxunuş edərkən azarkeşlər onu fitə basıb.

 


Etiketlər:  Mənimlə belə davranacaqlarını gözləməzdim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ