Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daşınan elektronika üçün "nəfəs alan ağıllı material” hazırlanıb

Daşınan elektronika üçün

Tarix: 2 May 2020 12:24

Şimali Karolina Universitetinin tədqiqatçıları istənilən elektronika qurğusuna quraşdırıla bilən nazik elastik material hazırlayıblar. Yeni materialın özəlliklərindən biri onun havakeçirtmə qabiliyyətidir ki, bu da dəri ilə uzunmüddətli kontakt vaxtı ondan rahat şəkildə istifadə etməyə imkan verir. Yeni texnoloji hazırlama tibb sahəsində geniş tətbiq oluna bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tədqiqatçılar innovativ materialdan hazırlanmış qoldan kontroller kimi istifadə edərək onun daşınan qurğular bazarında tətbiq imkanını nümayiş etdiriblər. Həmçinin yeniliyin biotibb sahəsində faydalı olacağı güman edilir.

 

Emil Hüseynov




Etiketlər:  Daşınan elektronika üçün nəfəs alan ağıllı material hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ