Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlcəklər mikrobları uzun müddət saxlayır: Əlinizdə yara, kəsik varsa...

Əlcəklər mikrobları uzun müddət saxlayır: Əlinizdə yara, kəsik varsa...

Tarix: 2 May 2020 20:42

Koronavirus pandemiyası dövründə bir çoxları iş yerlərində, küçədə, ictimai nəqliyyatda rezin əlcəklərdən istifadə edirlər. Mütəxəssislər bunu birmənalı qarşılamırlar.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, nevroloq, uzman həkim Nailə Ələkbərova bildirib ki, əslində əlcəklər mikrobları daha çox saxlaya bilir: "Koronavirusa yoluxmamaq üçün bir çox iş yerlərində və küçələrdə insanların rezin əlcəklər geyindiyini görürəm. Bu əlcəklər mikrobları daha uzun müddət saxlayır. Əgər əlinizdə yara, kəsik varsa, yəni dəri tamlığı pozulubsa, o zaman əlcək geyinməniz məsləhətdir. Amma bilin ki, əlcəkli əllərinizi üzə, saça toxundurmaq olmaz və icra etdiyiniz işdən sonra çıxarıb atmalısınız. Yəni əlcəkləri tez-tez dəyişməlisiniz. Əlləriniz sağlamdırsa, infeksiyadan qorunmaq üçün ən doğrusu əllərinizi 40-60 saniyə müddətində sabunla yumağınızdır".


Etiketlər:  Əlcəklər mikrobları uzun müddət saxlayır Əlinizdə yara kəsik varsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ