Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra başçısına ''Qarabağ''ın forması hədiyyə olundu - Şəkillər

İcra başçısına ''Qarabağ''ın forması hədiyyə olundu -  Şəkillər

Tarix: 3 May 2020 00:14

Xəbər verdiyimiz kimi, “Qarabağ” koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi zamanı Ağdamda yaşayan ailələrlə görüşə gediblər.

Qol.az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov və futbolçular: Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət Ağdamda şəhər icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən qarşılanıb. İcra başçısı futbolçularla söhbətində hər zaman komandanın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Vaqif Həsənova klub tərəfindən forma və futbolçuların imzalı topu hədiyyə olunub.

Daha sonra "Qarabağ" tərəfindən 1500 ərzaq bağlaması aztəminatlı ailələrə paylanılıb.














































Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  İcra başçısına Qarabağın forması hədiyyə olundu Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ