Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

De Brüyne ''Siti''dən ayrıla bilər - UEFA-nın qadağasına görə

De Brüyne ''Siti''dən ayrıla bilər -  UEFA-nın qadağasına görə

Tarix: 3 May 2020 17:00

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne komandadan ayrıla biləcəyini deyib.

Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında klubdakı gələcəyinin "şəhərlilər"ə avrokuboklarda iştirakla bağlı qoyulan qadağadan asılı olduğunu bildirib: 

“Klubdan bizə avrokuboklardan iki illik uzaqlaşdırma cəzasına etiraz edəcəklərini və bunun ləğv olunacağına əmin olduqlarını deyiblər. Buna görə, indi nə olacağını gözləyirəm. Komandama güvənirəm.

Son qərar qəbul olunduqdan sonra hər şeyi nəzərə alacam. İki illik diskvalifikasiya burada qalmağım üçün uzun vaxtdır. Bir illik cəza olsa, dəyərləndirərəm”.

Qeyd edək ki, De Brüynenin "MS" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

 


Etiketlər:  Brüyne Sitidən ayrıla bilər UEFA nın qadağasına görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ