Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 10:44
PSJ-nin forvardı Kilian Mbappe gələcəyi ilə bağlı fikrini dəyişə bilər.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, fransalının Paris klubunda qalacağı bildirilsə də, komandadan ayrıla bilər.
Gənc futbolçunun PSJ ilə 2022-ci ilə qədər müqaviləsi var. Rəhbərlik Mbappeni daha bir il heyətdə saxlamaq istəyir. Bununla yanaşı, klub oyunçuyla yeni müqavilə imzalamağı düşünür. Yeni sözləşməyə əsasən, o, həftədə 600 min funt sterlinq qazanan Neymarla eyni maaşı alacaq.
Ancaq 20 yaşlı forvard "Real" və "Liverpul"un diqqət mərkəzindədir. Hər iki klub da israrla futbolçunun agenti ilə danışıqları davam etdirir. Bu səbəbdən də Mbappenin mövsüm sonunda Fransadan ayrıla biləcəyi bildirilir.
Qeyd edək ki, o, cari mövsüm 33 matçda 30 qol vurub, 17 asisst edib.