Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda kompüter insidentləri artıb

Azərbaycanda kompüter insidentləri artıb

Tarix: 4 May 2020 14:06

2020-ci ilin aprelində Azərbaycanda kompüter insidentləri əvvəlki ayla müqayisədə 70 faizdən çox artıb.

Sonxeber.net xəbər verir ki, Trend bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən məlumat verir.

Məlumata əsasən, aprel ayında Mərkəzə daxil olan müraciətlərin 97 faizinə baxılıb. Bundan başqa, ötən ay dövlət orqanları tərəfindən 4 domen və 19 subdomen qeydiyyata alınıb.

Yanvar-aprel aylarında bloklanmış URL-ünvanların sayı 9,5 min təşkil edib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi ilə bağlı 18 audit keçirilib və hesabatlar müvafiq orqanlara təqdim edilib.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə kompüter təhlükəsizliyi ilə bağlı 1 675 insident qeydə alınıb. Həmin müddət ərzində müraciətlərin 96,7 faizinə baxılıb və cavab verilib. Dövlət strukturlarına 81 hesabat təqdim edilib. Dövlət orqanları tərəfindən 21 domen və 55 subdomen qeydiyyata alınıb.


Etiketlər:  Azərbaycanda kompüter insidentləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ