Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 17:40
PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçmək üçün maaşının azaldılmasına hazırdır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Kataloniya klubuna transferini sürətləndirmək üçün PSJ-nin yaxşılaşdırılmış şərtlərlə - 100 milyon avro mükafatla yeni müqavilə təklifini rədd edib.
Qeyd olunub ki, 28 yaşlı oyunçu "Barsa"ya qayıtmaq üçün maaşının 50 faizində imtina etməyə hazırdır. Nəşr yazıb ki, PSJ müqavilənin müddətini uzatmaq istəməyən Neymarın qiymətini aşağı sala bilər.
Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.