Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 17:44
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, mayın 3-də törədilən 27 cinayətin üstü "isti izlər"lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.