Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 09:52
"Liverpul" "Leyptsiq"in futbolçusu Timo Vernerin transferi ilə bağlı danışıqlara fasilə verib.
Qol.az "The Guardian"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Bundesliqa klubuna bu mümkün transferlər bağlı yekun qərar verməsi üçün vaxta ehtiyacı olduğunu bildirib. "Liverpul"un koronavirus pandemiyasının transfer bazarına və öz büdcəsinə təsirinin qiymətləndirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Vernerin Premyer Liqa təmsilçisinə keçməyə hazır olduğu bildirilir. "Liverpul"un 24 yaşlı hücumçu üçün 60 milyon avro ödəməyə hazır olduğu iddia olunurdu.