Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin bitənədək AMEA işçilərinin 30 faizi işə cəlb ediləcək

Karantin bitənədək AMEA işçilərinin 30 faizi işə cəlb ediləcək

Tarix: 5 May 2020 11:15

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın prezidenti Ramiz Mehdiyev akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 31 may tarixinədək uzadılıb. Eyni zamanda, müəyyən edilmiş bəzi məhdudiyyətlərin 4 may 2020-ci il tarixindən yumşaldılmasına dair qərar qəbul edilib və dövlət qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sərəncama əsasən, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir.

Həmçinin işə cəlb edilmiş və edilməmiş işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilərin xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilmələri, o cümlədən xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi tövsiyə olunur.


Etiketlər:  Karantin bitənədək AMEA işçilərinin faizi işə cəlb ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ