Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik tikinti şirkəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik tikinti şirkəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Tarix: 5 May 2020 13:36

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Xidmətin rəisi Hikmət Əlizadənin jurnalistlərə verdiyi məlumata görə Binəqədi rayonu, 18-ci Dağlıq kücəsi 1 ünvanında "Mahal" MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17 100 manat məbləğində ziyan dəydiyi məlum olub.

H.Əlizadənin sözlərinə görə, hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Nazirlik rəsmisi bildirib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən, təəssüf ki, ağac kəsintisinə hələ də yol verilir:

"Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də belələrinə qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var.

Sahibkarlara müraciət edirik ki, yaşıllıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik".


Etiketlər:  Nazirlik tikinti şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ