Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 18:36
Bakı. Trend:
Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanları koronavirus pandemiyası dövründə müxtəlif ölkələrdən kiberhücumların baş verdiyini bildirib.
Bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi və ABŞ-ın İnfrastruktur və Kibertəhlükəsizliyin təmin olunması Agentliyinin birgə bəyanatında deyilir.
Qeyd olunur ki, hücumların məqsədi böyük ehtimalla koronavirus epidemiyası ilə əlaqədar məlumatların toplanması olub.
Hücumların arxasında hansı ölkələrin və ya təşkilatların olması barədə məlumat verilmir.