Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 20:12
İş və dərs üçün planşet ən uyğun cihazdır.
Koronavirus pandemiyasına görə dünya ölkələrində tətbiq olunan özünütəcrid rejimi planşetlərə populyarlığı geri qazandıra bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Digitimes Research" məlumat yayıb.
Məlumata görə, sözügedən cihaza olan tələbat fevral ayında olduqca artıb. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi planşetlərin iş və dərs üçün ən uyğun cihaz olmasıdır.
Bu ilin ikinci rübündə planşetlərə olan tələbat 45-50% arta bilər: "Apple şirkəti artıq iPad istehsalını nəzərə çarpacaq dərəcədə artırmağı planlaşdırır. Bir neçə şirkətlər planşet istehsalını 60%-ə qədər artıra bilər".