Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir

Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir

Tarix: 5 May 2020 21:15

Bakı. Trend:

Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində 5 nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.

Əlavə məlumat üçün (012) 433-08-93 və (099) 891-50-00 telefon nömrəli ilə əlaqə saxlaya bilərsiniz.


Etiketlər:  Tibb işçilərinin sertifikasiya imtahanına yenidən start verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ