Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 22:26
Mayın 12-də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası birlikdə "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, vebinar formatında keçiriləcək tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcək.
Görüşdə Azərbaycanda koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün görülən tədbirlər, həmçinin pandemiyanın investisiya layihələrinə, insan resurslarının idarə edilməsinə və gömrük prosedurlarına təsiri müzakirə ediləcək.