Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 12:52
İtaliyanın B Seriyasında çıxış edən “Komo”nun qapıçısı Pierre Bolçini koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, 21 yaşlı qolkiperin koronavirus testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc qapıçıda heç bir simptomun olmadığı və virusun səhiyyə sahəsində çalışan ailə üzvlərinin birindən keçdiyi bildirilir.