Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kimsə saçını ''kare'' kəsəndə Kleopatra qalxıb deməlidir ki, bu ilk məndə olub?''

''Kimsə saçını ''kare'' kəsəndə Kleopatra qalxıb deməlidir ki, bu ilk məndə olub?''

Tarix: 6 May 2020 13:35

Özlərini reklam edirlər. Onlar üçün antireklam da reklamdır. Güldürməyin özünüzü...

Milli.Az axsam.az-a istinadla xəbər verir ki, bu sözləri "Mtv Azərbaycan" kanalına müsahibəsi zamanı dünyaca məşhur azərbaycanlı stilist Anar Ağakişiyev söyləyib.

Məlumdur ki, günlərdir, eks "w-trio" qrupunun solistləri, keçmiş dostlar Röya Ayxan, Natavan Həbibi və Səidə Sultan arasında oxşar imic qalmaqalı yaşanır.

Röyanı fərqli tərzdə təqdim edən vizajist Anar münasibətini bildirib: 

"İdeya tam mənə məxsus deyil. Bunu da heç vaxt bəyan etməmişəm ki...Dünyada bu imici bir çox ulduzlar təkrarlayıb. Sadəcə mənim missiyam bu tərzi Xalq Artisti Röya Ayxanın üzərində sınamaq oldu. Bunu qlobal bir şey etdilər, çox gülməli bir mövzudur. Onda biri saçını "kare" kəsəndə Kleopatra qalxıb deməlidir ki, bu ilk məndə olub?! Gülməli, gülməli şeylərlə özlərini güldürməsinlər. Özlərini reklam edirlər. Onlar üçün antireklam da reklamdır. Kimsə düz dayanıb çəkdiribsə, daha heç kim o pozada dayanmasın?  Səs-küyə səbəb də bu oldu. Çünki Röya orta yaşlardan qayıtdı 22 yaşında, çox gənc, "cool" bir xanım kimi görsəndi. Bütün sosial media alt-üst oldu, hər kəs Röyadan danışdı. Bir də gördüm ordan-burdan "pakkıltılar" ortaya çıxdı. Şərhlərdə yazırlar ki, "Röya "Xalq Artisti" adını aldı deyə, onu çəkə bilmədilər". Bu mənim deyil a, izləyicilərin fikridir. Özləri də daxil olub, bütün rəyləri oxusunlar. Onsuz da, təvazökarlıqdan uzaq, mənim işim müzakirə olunmazdır!"

Milli.Az


Etiketlər:  Kimsə saçını kare kəsəndə Kleopatra qalxıb deməlidir məndə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ