Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilər'' - HƏYƏCAN TƏBİLİ - FOTO

''Bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilər'' - HƏYƏCAN TƏBİLİ - FOTO

Tarix: 6 May 2020 14:44

Marketlərdə və ictimai nəqliyyatda sosial məsafəyə, maska tövsiyələrinə riayət edilməməsi hansı falakətlərlə nəticələnə bilər?

Mövzuyla bağlı Sonxeber.net-a danışan tibb elmləri namizədi, infeksionist Abidin Rəhimov vətəndaşları ehtiyatlı olmağa çağırıb:

"Koronavirus hava-damcı yolu ilə keçən xəstəliklərdən biridir. Bu xəstəlik ömür boyu olub. Adicə qripdə də məsafə saxlamaq, maska taxmaq lazımdır. Youtube-da indi qarmaqarışıq məsələlər yayılır. Ölkədə koronavirus var, buna ciddi yanaşılmalıdır. Dövlətin etdiyi tədbirlərə qulaq asmaq lazımdır. Camaat buraxılıb başlı-başına. Marketlərdə, ictimai nəqliyyatda maska taxmırlar. Belə bir boşluq var. Hansı ki, bu, insanların özlərinin zərərinədir. Çoxları inanmır, çoxları ələ salır, barmaqarası baxırlar buna. Hamısı savadsızlıqdan irəli gəlir. Bir az da internet vasitəsi ilə, Youtube-dakı məlumatlarla insanları çaşdırırlar.

Gərək qohumu gözünün qabağında ölə, ondan sonra başa düşələr

Kimin immuniteti güclüdürsə, özü yoluxmasa da özgəsini yoluxdura bilər. Yaşlı insanı yoluxdura bilər, şəkər xəstələrini yoluxdura bilər. İnsanlar bu məsuliyyətdən uzaqdırlar, bunu başa düşmək istəmirlər. Gərək xəstələnək, qohumu gözünün qabağında ölə, ondan sonra başa düşələr. Baxırsan Amerikada, başqa dövlətlərdəki statistikaya, Allaha şükür bizdə elə deyil. Gərək bizdə də ölüm hadisələri çox olsun ki, nəyəsə inanaq? Deyilirsə ki, bu şeylərə əməl etmək lazımdır - özünü qorumalısan, məsafə saxlamaq lazımdır, bu, sizin xeyrinizə deyilir. Düzgün riayət eləsək, koronavirusun yayılmasının qabağını da tez alarıq, tez də evdən bayıra çıxarıq, işimizə-gücümüzə gedərik. Qoyulan bütün qadağalara ciddi riayət edilməlidir.

Bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilər

Bizim respublikada rəsmi rəqəmlərə görə 26 adam ölüb, gərək min, 2 min nəfər olardı? Hal-hazırda da yoluxma halları var. Biz bir az da məsuliyyətsiz yanaşsaq, hər şey ola bilər. Bir də gördün, ikinci təkan yoluxanları, ölənlərin sayını daha da artırdı. Onda gərək daha ciddi tədbirlər görək. Ona görə də hərə özünü, ailəsini qorusun. Hamını yoxlamaq mümkün olmur axı. Qoruyucu vasitələrdən istifadə etsinlər.

Allahın bəlkə nəzəri bizim üstümüzdədir, köməyimizdədir

Bir az ciddi yanaşmalıdırlar. Bizimkilərdə Allaha şükür, ciddiyyət yoxdur da. Başqa məsələlərə ciddi yanaşmadıqları kimi, bu xəstəliyə də ciddi yanaşmırlar. Biz şükür etməliyik ki, koronavirusun qarşısını almaq üçün ölkədə çox işlər görülüb. Bizdə ölüm faktlarının az olmağı sevindirici haldır. İndi bilmirəm, Allahın bəlkə nəzəri bizim üstümüzdədir, köməyimizdədir. Gərək bilək ki, kiminsə bir qohumu öldü?

Tanışlarımdan koronavirusdan anası, qayınanası ölən var

Mənim tanıdığım adam var, anası ölən var, qayınanası ölən var. Məndə elə faktlar var. Ancaq tək-təkdir, rəqəm azdır. Gərək min, 2 min nəfər ölə, ondan sonra biz ayılaq ki, qoruyucu işlər görək? 

Fikir verin, müharibə dövründə belə bir şey var idi. Əsgər otururdu səngərdə, iki gün atışma olmurdu. Buna "səngər sindiromu" deyirdilər. Deyirdik, yəqin bir şey yoxdur da. Başını qaldıran kimi "tarap", gülləylə vururdular. İndi insanlarda da elədir. O qədər evdə qaldılar, hava da istiləşib deyə ciddiyyət pozuldu. Uşaqlarını da özləri ilə çıxardıb gəzdirirlər. Marketlər insan ilə doludur, hamısı da maskasız. Bu insanlar da görür ki, bunları yoxlayan, saxlayan yoxdur. Şəhər artıq maşınla doludur, sürmək mümkün deyil.

Qoy getsin ölsün də, özü bilər

Hərə girir bir yerdən bir dənə "icazə" tapır çıxır, maşınla hara gəldi gedirlər. Məsələ burasındadır ki, sən gərək tək özünü yox, ətrafını da fikirləşəsən. Biri var biləsən ki, tək özü xəstələnəcək, öləcək. Heç kəsə də ondan bir zərər dəyməyəcək. Qoy getsin ölsün də, özü bilər, ölmək istəyir. Biri də var mən yoluxuram, bir 10 adamı da yoluxdurmaq qabiliyyətinə malikəm. Məsuliyyətsizlik etmək olmaz. Deyilənlərə ciddi riayət eləsək, koronavirusun qabağını tez alarıq".

Qeyd edək ki, bu günədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.

Təhməz Əsəd


Etiketlər:  məsuliyyətsiz yanaşsaq hər şey bilər HƏYƏCAN TƏBİLİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ