Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 39,6 faiz artıb

Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 39,6 faiz artıb

Tarix: 6 May 2020 14:52

"Yanvar-aprel aylarında DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 39,6 faiz çox olub".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

S.Babayevin sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub:

"Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə isə, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır".

Nazir diqqətə çatdırıb ki, ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub.


Etiketlər:  Sahil Babayev Cari ilin ayı DSMF daxilolmaları faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ