Tarix: 6 May 2020 17:56
“Real”ın futbolçu və məşqçiləri bu gün klubun bazasında toplanıblar.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda La Liqanın bərpasına hazırlıq məqsədilə bir araya gəlib.
Madrid təmsilçisinin oyunçuları tibbi müayinədən keçiblər. Onların mayın 11-də məşqlərə başlayacağı gözlənilir.
Komandanın baş məşqçisi Zinəddin Zidan hər bir futbolçu ilə ayrı-ayrılıqda və sosial məsafə saxlayaraq söhbət edib.