Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 10:58
İspaniyanın La Liqa və Sequnda klublarının futbolçuları ötən gün koronavirusla bağlı testdən keçiblər.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, əsas liqanın 15 komandasının oyunçularından bazada analiz götürülüb.
La Liqa rəhbərliyinin qərarına əsasən, testi neqativ çıxan futbolçulara məşqə başlamaq üçün icazə veriləcək.
15 gündə ərzində oyunçulardan üç dəfə analiz götürüləcək. Ardınca isə kollektiv məşqlərə icazə veriləcək.
Qeyd edək ki, La Liqanın oyunları martın 12-də dayandırılıb. Çempionatın iyun ayında bərpa olunması gözlənilir.