Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 11:18
"AnTuTu Benchmark" əlavə tərtibatçıları 2020-ci ilin aprelində qurğuların testinin nəticələri üçün tərtib edilən qabaqcıl smartfonların məhsuldarlıq reytinqini dərc ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, aprel onluğunda birinci yeri nəticəsi 607 min bal təşkil edən "OPPO Find X2 Pro" smartfonu tutub. İkinci pillədə 602 min bal toplayan "OPPO Find X2", üçüncüdə isə "iQOO Neo 3" (6 min bal) qərarlaşıb.
Reytinqin yuxarı hissəsini "Xiaomi Mi 10 Pro" (599 859 bal) və "OPPO Ace 2" (594 678) tamamlayıb. Sonrakı mövqelərdə "Redmi K30 Pro" (594 328), "iQOO 3" (587 510), "realme X50 Pro" (587 386), "vivo NEX 3S" (586 515) və "Black Shark 3 Pro" (586 062) modelləri yer alıb. Populyar bençmark tərtibatçıları qeyd edib ki, daha yüksək (90/120 QHs və daha yüksək) ekran yeniləmə tezliyi və sürətli toplayıcıya (Turbo Write texnologiyalı UFS 3.1 və ya UFS 3.0) malik smartfonlar bu funksiyalara sahib olmayan qurğulardan daha yaxşı nəticələr əldə edir.
Bundan başqa, proqram təminatının optimallaşdırılmasının əhəmiyyət kəsb etməsi qeyd olunur.
Nizam Nuriyev