Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNEC-də ilk dəfə Online Karyera Günləri keçiriləcək

UNEC-də ilk dəfə Online Karyera Günləri keçiriləcək

Tarix: 7 May 2020 11:45

Bakı. Trend:

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində 11 - 26 may tarixlərində Online Karyera günləri təşkil olunacaq. İctimaiyyətə açıq keçiriləcək karyera günlərinin əsas məqsədi tələbə və məzunlara karyera qurmaq istiqamətində tövsiyələr vermək, işəqəbul prosesi, müsahibəyə hazırılıq barədə məlumatlar və məsləhətlər vermək, iş dünyasında uğur qazanmış şəxslər ilə gənclərin bir araya gəlməsinə şərait yaratmaqdır.

Universitetdən Trend-ə verilən məlumata görə, online Karyera günlərində 15-dən çox nüfuzlu şirkətin rəhbər şəxsləri, İnsan Resursları Departamentinin rəsmiləri, eləcə də karyera planlaşdırılması üzrə ekspertlər hər gün canlı yayımda çıxış edəcək, təlim və diskussiya aparacaq, o cümlədən sosial şəbəkələrdən daxil olan sualları cavablandıracaqlar.

Canlı yayımları UNEC-in rəsmi facebook (fb.com/uneceduaz), youtube (youtube.com/unecofficial) və instagram (instagram.com/uneceduaz) sosial şəbəkələrindən izləmək mümkündür.


Etiketlər:  UNEC ilk dəfə Online Karyera Günləri keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ