Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali Məhkəmənin yeni hakimləri and içdi - FOTO

Ali Məhkəmənin yeni hakimləri and içdi - FOTO

Tarix: 7 May 2020 19:46

Mayın 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası olub.

Ali Məhkəmədən Milli.Az-a verilən məlumata görə, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunub və qərar qəbul edilib.

Plenumun iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Bəhram Məmmədli və Bəhman Qəribov "Məhkəmələr və hakimlər haqqında" qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin yeni redaksiya heyəti təsdiqlənib.

Milli.Az


Etiketlər:  Məhkəmənin yeni hakimləri içdi FOTO


RƏYLƏR