Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Məmmədov: Qaydalara əməl edilməsə, pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik

Ceyhun Məmmədov: Qaydalara əməl edilməsə, pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik

Tarix: 8 May 2020 10:52

Qaydalara əməl edilməsə, pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışındakı nitiqində bir çox vacib məqamlara toxunub:

"Məlum olduğu kimi, Azərbaycan pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri sayılır. Bu, xarici dövlətlər və beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiya ilə ölkə daxilində mübarizə aparmaqla yanaşı bu istiqamətdə beynəlxalq səylərə də dəstək verib, bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycanın rəhbərliyi ilə videokonfrans formatında bir neçə görüş keçirilib. Məhz bu tədbirlər nəticəsində bu gün Azərbaycan dünyada pandemiya ilə mübarizədə nümunəvi modelə və təcrübəyə malik ölkələrdən biri sayılır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, pandemiya ilə mübarizədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Burada iki tərəf var, birinci tərəf dövlətdir ki, üzərinə düşəni maksimum məsuliyyətlə yerinə yetirməyə çalışır, digər tərəf isə vətəndaşlardır".

Deputat vurğulayıb ki, təhlükə tam sovuşmayıb, ona görə arxayınlaşmaq və ehtiyatı əldən vermək olmaz. Əks halda pandemiya daha çox yayıla və daha acı nəticələrlə üz-üzə qala bilərik. Çünki bu gün dünyada artıq pandemiyanın ikinci və üçüncü dalğaları ilə bağlı geniş müzakirələr aparılır:

"Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki, əgər məsələyə məsuliyyətsiz yanaşma davam edərsə, karantin rejimi daha da sərtləşdirilə, karantin qaydalarını pozanlara qarşı ciddi tədbirlər görülə bilər. Bunun baş verməməsi üçün hər bir ölkə vətəndaşı karantin rejiminin qaydalarına əməl etməlidir. Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti bu baxımdan xüsusi önəm daşıyır. Hər bir vətəndaş mütləq maska taxmalı, sosial məsafə saxlamalı, tez tez əllərini yumalı, dezinfeksiya vasitələrindən davamlı istifadə etməlidir".

C.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə formalaşdırılan müasir səhiyyə sisteminin pandemiya ilə mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini də vurğulayıb və tibb işçilərinə fədakara əməklərinə görə bir daha təşəkkürünü bildirib:

"Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə pandemiya ilə mübarizə uğurla aparılır və Azərbaycanln koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir və vətəndaşlar yüksək nizam-intizam nümayiş etdirərək bu işə öz töhfələrini verməlidirlər.

Dövlət başçısı çıxışında aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımların ayrı-ayrı şəxslər tərəfindən mənimsənilməsinə də toxunaraq bu əməlin xəyanət olduğunu xüsusi vurğulayıb və belə əməl törədənlərin ciddi şəkildə cəzalandırılacağını bəyan edib".


Etiketlər:  Ceyhun Məmmədov Qaydalara əməl edilməsə pandemiya daha çox yayıla daha acı nəticələrlə üzə qala bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ