Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 12:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Pandemiya ölkədə işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı Dövlət Statistika Komitəsi ilə birlikdə təhlillər aparılır: “Pandemiya dövründə hökumət qarşısında duran əsas məsələ əhalinin məşğulluğunun təmin edilməsidir. Biz qeyri-formal məşğul əhalini əsas hədəf seçmişik. Bu insanlar yalnız qeyri-formal əməkhaqqı alır, bunlar bütün kompensasiyalardan məhrum olmuş şəxslərdir”.