Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sorğu: Amerikalıların əksəriyyəti hesab edir ki, Tramp 2020-ci ildə prezident seçkilərində qalib gələcək

Sorğu: Amerikalıların əksəriyyəti hesab edir ki, Tramp 2020-ci ildə prezident seçkilərində qalib gələcək

Tarix: 6 Iyun 2019 01:32

Bakı. Trend:

Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcək.

Trend-in məlumatına görə, bu "CNN" telekanalı "SSRS" müstəqil araşdırma xidmətinin keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər yayıb.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 54 faizi D.Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini, 41 faizi uduzacağını hesab edib, 5 faizi isə bu məsələdə qərarsız olub.

Telekanal xatırladıb ki, ötən ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 51 faizi D.Tramp seçkilərdə uduzacağını bildirirdilər.

Qeyd edək ki, sorğu 1006 nərərin iştirakı ilə 28-31 may tarixlərində telefon vasitəsi ilə ingilis və ispan dillərində keçirilib. Sorğuda iştirak edənlərin 34 faizi özünü Demokratik partiyanın tərəfdarı, 27 faizi Respublikaçı partiyasının tərəfdarı adlandırıb, 39 faizi isə özünü müstəqil təqdim edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sorğu Amerikalıların əksəriyyəti hesab edir Tramp 2020 ildə prezident seçkilərində qalib gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ