Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 17:36
Bakı. Samir Əli - Trend:
Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız işə cəlb olunmayacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
H.Məmmədov qeyd edib ki, karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək: "Qərara görə, 65 yaşdan yuxarı vətəndaşların evdən çıxması qadağan edildiyi üçün həmin yaş həddində olan metropolitençilər işə cəlb edilməyəcəklər".