Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 17:40
Boks üzrə sabiq mütləq dünya çempionu Evander Holifild rinqə qayıtmaq niyyətindədir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 57 yaşlı amerikalı boksçu sərgi döyüşlərində iştirak etmək arzusundadır.
E.Holifild karyerası ərzində keçirdiyi 57 döyüşdən 44-də qələbə (29-u nokautla) qazanıb.
Bundan əvvəl Amerikanın digər məşhur boksçusu Mayk Tayson da xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini açıqlamışdı.