Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 07:52
"Huawei" şirkəti "HDC 2019" tərtibatçılar konfransında təqdim edilən "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin buraxılışına başlamağı planlaşdırır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Digital Chat Station" insayderinin məlumatına görə, "Huawei" 2020-ci ilin sonunadək Çin bazarı üçün "Kunpeng" prosessoru və "HarmonyOS 2.0" əməliyyat sistemi ilə təchiz edilən fərdi kompüterlər buraxacaq.
Xatırladaq ki, "Huawei" şirkəti "HarmonyOS" əməliyyat sistemini 2019-cu ildə təqdim edib. O zaman şirkət "HarmonyOS 2.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüter, "ağıllı" saat və digər qurğuların 2020-ci ildə buraxılacağı ilə bağlı planlarını açıqlayıb.
"Huawei" hazırda korporativ müştərilər üçün "Kunpeng" prosessorlu və "Kunpeng" ana platalı hesablama sistemlərinin satışı ilə məşğul olur.
Çin istehsalçısı 2019-cu ildə fərdi kompüterlər üçün "Kunpeng 920" prosessoru əsasında hazırlanan ilk ana platanı təqdim edib. Plata operativ yaddaş, sərt disk və şəbəkə kartları (NIC) kimi əsas avadanlıqlarla uyğunluq təşkil edir.
"HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin "Huawei Developer Conference 2020" konfransında nümayiş olunacağı gözlənilir.