Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Televizor oğruları tutuldu - FOTO

Televizor oğruları tutuldu - FOTO

Tarix: 9 May 2020 09:50

Qubada evlərin birindən televizor və məişət avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İdris-qışlaq kəndi ərazisində yerləşən evlərin birindən televizor və məişət avadanlıqları, eləcə də iki ədəd qəlyan, həmin qəlyanlara aid tütün məmulatları və aksesuarlar oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb.

Araşdırmalar zamanı onların həmin kəndin sakini olan bir azyaşlı, Şabran rayon sakinləri olan Tural Ağayev və əvvəllər məhkum olunmuş Əjdər Xıdırov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Oğurlanan avadanlıqlar və qəlyanlar polis əməkdaşları tərəfindən Tural Ağayevin yaşadığı evdən maddi sübut kimi götürülüb.

Qeyd olunan hadisə ilə bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır.

Milli.Az


Etiketlər:  Televizor oğruları tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ