Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 10:16
"Bakı metrosunda platforma və vaqonlarda sərnişinlərin sosial məsafə saxlamaları barədə mütəmadi məlumatlar səsləndirilir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, vaqonlara sərnişinlərin yalnız oturacaqların sayına görə buraxılmasını tənzimləmək mümkün olmasa da bununla bağlı oturacaqlarda məlumatlar yazılıb:
"Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün metro işçiləri sərnişinlərə tövsiyyələr edir. Ayaq üstə gedən sərnişinlər üçün də xüsusi işarələnmiş yerlər quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik".