Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 18:25
Əməkdar artist Elza Seyidcahan Qələbə gününün 75-ci illiyi münasibətilə müharibə illərində şücaət nümayiş etdirən qəhrəman, veteran babası haqda paylaşım edib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, səhnəmizin ekstravaqant sənətçisi sosial media hesabında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75-cü ildönümü münasibətilə babası Şərəfəddin Məmmədovu yad edib.
E.Seyidcahan babasının şəklini izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
"Mənim nurlu, zəhmətkeş, Berlin şəhərinə qədər vuruşan, qəhrəman və veteran babam - Şərəfəddin Məmmədov Yusif oğlu. Ruhun şad olsun!
Babamın iki qardaşı Məmmədov Şabala və Məmmədov Ağaməhəmməd isə müharibə illərində itkin düşüblər".