Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 11:56
Gəncənin keçmiş İcra başçsının oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri, Ağstafa rayon İcra hakimiyyətinin başçısının oğlu Ramal Quliyev Nərimanov rayon məhkəməsinin hakimi, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifələrini tuturmuşlar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev Feysbuk hesabında yazıb.
"Vəzifəlilərin tam əksəriyyətinin övladlarının cibindən Hüquq fakültəsinin diplomları çıxır. Ya ikinci təhsil adı ilə, ya da köçürmə yolu ilə...", - deputat əlavə edib.