Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FİFA dünya çempionatının Qətərdən alınacağı ilə bağlı suallara cavab verdi

FİFA dünya çempionatının Qətərdən alınacağı ilə bağlı suallara cavab verdi

Tarix: 10 May 2020 15:30

FİFA DÇ-2022-nin yerinin dəyişdirilməsi variantına münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ali futbol qurumunun nümayəndəsi koronavirus pandemiyası səbəbindən dünya çempionatının ev sahibliyinin Qətərdən alınacağı ilə bağlı suallara cavab verib.

FİFA rəsmisi virusla bağlı problemin həll olunacağına inandıqlarını söyləyib: "Dünya futbol ictimaiyyəti əla əməkdaşlıq, həmrəylik və birlik ruhunu nümayiş etdirdi. Bunun sayəsində FİFA koronavirus pandemiyasının futbola təsirini azaltmaq üçün federasiyalar və digər qurumlarla əməkdaşlıqda həll yollarının tapılacağına əmindir".

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının 21 noyabr - 18 dekabr tarixləri arasında baş tutması nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  FİFA dünya çempionatının Qətərdən alınacağı ilə bağlı suallara cavab verdi


RƏYLƏR