Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zubir ''Panatinaikos''a keçə bilər

Zubir ''Panatinaikos''a keçə bilər

Tarix: 11 May 2020 09:54

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Yunanıstanda oynaya bilər. 

Qol.az xəbər verir ki, bu barədə Yunanıstanın "Newspao" nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin  "Panatinaikos"a təklif olunduğu vurğulanıb. Klubun bu təklifi nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə  Zubirin bu yay azad agent olacağı üçün daha yaxşı müqavilə ilə daha böyük liqaya keçməyə hazır olduğu yazılıb.

Qeyd edək ki, Zubirin Ağdam təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

 


Etiketlər:  Zubir Panatinaikosa keçə bilər


RƏYLƏR