Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 18:24
Bakı. Trend:
İtaliyanın "Atalanta" klbunun 19 yaşlı futbolçusu Andrea Rinaldi dünyasını dəyişib.
Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya klubunun rəsmi saytında bildirilir.
Məlumata əsasən, 19 yaşlı futbolçu beyin anevrizmasından ölüb. Daha əvvəl futbolçunun ağlır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
"Atalanta" klubunun prezidenti Antonio Perkassi futbolçunun ailəsinə başsağlığı verib.