Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 11:02
"Derbi Kounti"nin futbolçusu Ueyn Runi və "Lester"in hücumçusu Ceymi Vardinin həyat yoldaşları arasında müharibə məhkəmədə davam edəcək.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Kolin Runi Rebekka Vardini məhkəməyə vermək qərarına gəlib. O, qarşı tərəfi şəxsi informasiyalarını mediaya ötürməkdə günahlandırır. Rebekka isə bu ittihamları rədd edib.
Bildirilib ki, Kolinin Rebekkaya qarşı çoxlu sübutu var. Tərəflər arasında aylarla sürəcək məhkəmənin olacağı vurğulanıb.
Qeyd edək ki, Kolin və Rebekka daha əvvəl ən yaxın rəfiqə idi. Ancaq baş verənlərdən sonra tərəflər arasında münasibətlər pozulmuşdu.