Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə''nin qapıçısı millinin rekordçusudur

''Keşlə''nin qapıçısı millinin rekordçusudur

Tarix: 12 May 2020 14:56

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır.

Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.

Qeyd edək ki, Namaşko 2019-cu ildən Bakı təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm "Keşlə"nin Azərbaycan Premyer Liqası çərçivəsində keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.

 


Etiketlər:  Keşlənin qapıçısı millinin rekordçusudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ