Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Broyler toyuğundan hormon və antibiotik qalıqlarını necə təmizləməli? – METOD

Broyler toyuğundan hormon və antibiotik qalıqlarını necə təmizləməli? – METOD

Tarix: 12 May 2020 23:36

Broyler toyuqlarına sürətli böyümə və çəki alması, eləcə də bəzi xəstəliklərə davamlı olması üçün hormonal dərmanlar və antibiotik iynələr vurulması sirr deyil. Əgər bunlar istifadə edilməzsə, broyler məhsulları sərfəli olmaz.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, broyler toyuqlarını qidamızda istifadədən tam qurtula bilməsək də, onları bişirməzdən əvvəl az da olsa bu kimyəvi dərmanlardan təmizləyib, zərərsizləşdirmək metodu var.
Onlardan ən asanını təqdim edirik.

Toyugun dərisi mütləq soyulmalıdır, çünki ən çox dərman qalıqları dərisindədir.

.4 xörək qaşığı duz, 3 xörək qaşığı limon suyu, 1 litr otaq temperaturunda su qarışdırılır.

Toyuğu ya iki bölüb, ya da bişirmək istədiyiniz kimi tikələyib qaba yığıb, bu məhlulun yarısını üzərinə alın. 2 saat saxlayıb, sonra bu suyu süzün, toyuğu təmiz suda yuyun. Yenidən təkrar duzlu suyun qalanını da üzərinə alıb, 1 saat saxlayın. Yalnız ondan sonra toyuğu bir də yuyub, bişirə bilərsiz.

Ətin çox yumşalıb, bişərkən dağılacağından qorxmayın. Əksinə duzlu su əti möhkəm saxlayır.


Etiketlər:  Broyler toyuğundan hormon antibiotik qalıqlarını necə təmizləməli METOD


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ