Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 05:34
Müasir dünyanın qlobal mövzusu olan koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan səhiyyəsi ən mütərəqqi və humanist təcrübəyə söykənərək əhalinin sağlamlığı üçün lazımi olan bütün tədbirləri gördü. Dəhşətli epidemiya ilə mübarizədə dövlət ölkə vətəndaşlarının sağlamlığını hər şeydən öndə olduğunu bir daha nümayiş etdirdi.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov COVID-19-la əlaqədar ölkəmizdə aparılan testlər barədə məlumat verərək deyib: "Koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatını tövsiyə etdiyi və bütün həkim və tibb işçilərinin istifadə etdiyi standartlar var. Qısa müddət ərzində həmin tövsiyələr dünyada mövcud olan təcrübələrlə daha da genişləndirildi. Həmin tövsiyələrdə bütün məqamlar - yoluxma ehtimalı, ölkəyə daxil olan şəxsin yarada biləcəyi təhlükə, təcili yardım maşınlarının işləmə mexanizmi, hansı xəstənin karantin məkanına nə vaxt gətirilməsi, hansı müddətdən sonra onun tam təhlükəsiz vəziyyətdə evə göndərməyin mümkünlüyü və digər suallar öz əksini tapır. Yoluxmanın ilk vaxtlarında bir gündə 200-300 nəfərin testdən keçirilməsi heç də tibbin zəifliyi deyildi, sadəcə buna ehtiyac yox idi. Bir müddət sonra ölkəmizdə bir gündə orta hesabla 5-6 min nəfər testdən keçirilir və hər milyon nəfər əhaliyə görə olan göstəriciyə görə dünya ölkələri arasında ən yüksək göstəriciyə malikdir. Əlbəttə, risk ehtimalı, yoluxma təhlükəsi olan hər xəstədə analizlərin cavabı çıxana qədər də yoluxan xəstə kimi qəbul edilərək həmin standartlar tətbiq olunur. Hətta bəzən bölgələrdə heç bir təhlükə olmayan yerlər mütəxəssislər tərəfindən seçilərək şikayəti olmayan əhali arasında xəstəliyin yaranma ehtimalını araşdırmaq üçün aktiv skrininqlər aparılır. Bu gün bu sahədə mövcud statistika və rəqəmlər də göstərir ki, ölkəmiz bu sahədə çox uğurlu bir yol keçib. Hətta aparılan 160-180 minə yaxın test nəticəsində aşkar olunan xəstə sayı 1 faizlik yoluxma olduğunu göstərir. Bu, çox xoş bir göstəricidir və arzu edək ki, xalqımız ən qısa müddətdə bu bəladan uzaqlaşsın".