Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur həkim vitaminlərin yoluxucu xəstəliklərə təsirindən söz açdı

Məşhur həkim vitaminlərin yoluxucu xəstəliklərə təsirindən söz açdı

Tarix: 13 May 2020 08:06

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün vitamin qəbul etmək faydasızdır.

Sonxeber.net xəbər verir ki, bu barədə tanınmış həkim və televiziya aparıcısı Yevgeni Komarovski İnstaqram hesabında məlumat yayıb. Mütəxəssis hesab edir ki, vitaminlər sübut edilmiş vitamin çatışmazlığı olduqda qəbul edilməlidir.

Həkim əlavə edib ki, özünütəcrid dövründə düzgün qidalanmayan insanlar üçün mürəkkəb vitaminlər faydalı ola bilər. Çünki qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə lazımi vitamin və minerallar ifraz olunmur.

Xatırladaq ki, bundan əvvəl Britaniya alimləri koronavirus pandemiyası zamanı D vitamini qəbul etməyi məsləhət görmüşdü. Mütəxəssislər qeyd edib ki, insanlar qapalı həyat keçirdikləri üçün və birbaşa Günəş işığına məruz qalmadığından bu maddəni kifayət qədər miqdarda almırlar. Lakin o da iddia olundu ki, D vitamini COVID-19-a yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir etmir. (publika.az)


Etiketlər:  Məşhur həkim vitaminlərin yoluxucu xəstəliklərə təsirindən söz açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ