Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən Rabitəbank kart sahibləri 190 AZN birdəfəlik sosial müavinətlərini alacaqlar

Bu gündən Rabitəbank kart sahibləri 190 AZN birdəfəlik sosial müavinətlərini alacaqlar

Tarix: 13 May 2020 15:15

Bakı. Trend:

13 may tarixindən etibarən vətəndaşların kart hesabına birdəfəlik müavinətlər köçürülməyə başlanıldı.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Ötən həftə Rabitəbank tərəfindən 28.500 nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunması üçün verilən lokal plastik kartlara bu gündən etibarən vəsaitin köçürülməsinə başlanıldı.

Vətəndaşlar onlar üçün təyin olunmuş müavinətləri istənilən Rabitəbank ATM-lərindən nağdlaşdıra biləcəklər.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Etiketlər:  gündən Rabitəbank kart sahibləri birdəfəlik sosial müavinətlərini alacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ