Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 17:52
"May ayının 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə indiki dövrdə bir qədər fikir söyləmək erkən olardı. Çünki situasiyanın qiymətləndirilməsi, həmçinin ölkəmizdə, regionda və dünyada olan vəziyyəti qiymətləndirərək qərarların qəbul edilməsi vacib şərtlərdən biridir".
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində deyib.
Şöbə müdiri karantin rejiminin sanitar epidemioloji vəziyyətdən asılı olduğunu sözlərinə əlavə edib:
"Karantin rejimi yumşaldıla da bilər, daha da sərtləşdirilə də bilər. Bu, ölkədəki sanitar epidemioloji vəziyyətdən asılıdır."
Təhməz Təkin