Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ucarda 2 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

Ucarda 2 avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

Tarix: 13 May 2020 19:45

Bakı. Samir Əli -Trend:

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ucarın Alpoud kəndi ərazisində qeydə alınıb.

Göyçay-Ucar avtomobil yolunda hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetməni itirərək qarşı hərəkət zolağında olan “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü - Ucar rayon sakini Anar Süleymanov və sərnişini Rəhim Süleymanov, həmçinin “VAZ 21099” markalı avtomobilin sürücüsü Telçin Tarverdiyev və sərnişini Nəzakət Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ucarda 2 avtomobil toqquşdu 4 nəfər xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ