Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 23:33
Amerika Birləşmiş Ştatlarının alimləri araşdırma nəticəsində koronavirusa yoluxmuş bir çox xəstədə anormal bağırsaq patologiyalarının inkişaf etdiyini müəyyənləşdirib.
Sonxeber.net xəbər verir ki, müvafiq nəticələr "Radiologiya" jurnalında dərc edilib.
Tədqiqatda orta yaşı 57 olan 414 nəfər iştirak edib. Kompüter tomoqrafiyasından istifadə edənlərin demək olar ki, üçdə birində bağırsaq və neoplazmalarda pozuntular aşkar edilib.
"Onların çoxu reanimasiya şöbəsində yatıb. Bu cür dəyişikliklərin səbəbini başa düşmək üçün əlavə araşdırma tələb olunur", - deyə Massaçusets Xəstəxanasının həkimi Rajeş Bayana qeyd edib.
Ən ciddi patologiyalar arasında pnevmatoz vurğulanıb. Bu qazların bağırsaq divarına nüfuz etməsi və kistaların meydana gəlməsi vəziyyətidir. Eyni zamanda bəzi xəstələrdə bağırsaq işemiyası və xolestaz qeyd edilib, bu da öd meydana gəlməsinin pozulmasıdır.
Xatırladaq ki, bundan əvvəl koronavirusa səbəb olan bakteriyaların bağırsaqlarda çoxala biləcəyi bildirilmişdi. Beləliklə, bəzi yoluxmuş insanlar ürəkbulanma, mədə-bağırsaq traktının narahatlığı və ishaldan şikayət edib. (publika.az)