Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dənizdən koronavirusa yoluxmaq mümkündürmü? - Professor açıqladı

Dənizdən koronavirusa yoluxmaq mümkündürmü? - Professor açıqladı

Tarix: 13 May 2020 23:39

Yayın gəlməsi həm də dəniz mövsümünün açılışı deməkdir. Bu dövrdə çoxlarını maraqlandıran yeni sual ortaya çıxıb: dənizdə koronavirusa yoluxma mümkündürmü?

Milli.Az xəbər verir ki, Türkiyənin Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Şöbəsinin professoru Hüsnü Pullukçu bu sualı belə cavablandırıb: "Dənizdən nəyinsə yoluxması çox da mümkün deyil. Dəniz izotonik sudan ibarətdir. Onun tərkibində o qədər çox su molekulları var ki, hər şey o suyun içində dərhal dağılır. İnsan orqanizminə düşən 1-2 virusla infeksiyadan xəstələnmək mümkün deyil. Dənizdən virusa yoluxa biləcəyimizi düşünmürəm".

Professor bildirib ki, qarşıdakı həftələrdə havanın temperaturu 30 dərəcədən yuxarı qalxacaq: "Bu zaman yoluxma səngiyəcək. Yoluxma sayı azalacaq. Çimərlik və hotellərdə sosial məsafəyə, gigiyenik qaydalara əməl olunsa, böyük problemlər yaşanmayacaq". (publika.az)

Milli.Az


Etiketlər:  Dənizdən koronavirusa yoluxmaq mümkündürmü Professor açıqladı


RƏYLƏR